İtlərin birə və gənələrdən qorunması
İtlərin birə və gənələrdən qorunması
Gənə və birələr
itlər üçün geniş
yayılmış bir problemdir. Kiçik
həşəratlar görünmədən hücum edir, lakin ciddi zərər verirlər. Qansoranların
dişləmələri təkcə qaşınma ilə deyil, həm də, onlardan digər parazitlər və ya
ciddi infeksiyalara yoluxma ehtimalının yüksək olması ilə təhlükəlidir. Onlardan
qorunmaq üçün mütəmadi olaraq profilaktik tədbirlərin aparılması zəruridir.
Bala,
böyük, yaşlı, hamilə və laktasiya dövründə olan itlər üçün birə və gənələr ilə müxtəlif
mübarizə üsulları mövcuddur. Qoruyucu vasitələrdən istifadə zamanı heyvanların
yaşı, çəkisi və digər parametrlər nəzərə alınmalıdır.
Bala iti birə və gənələrdən necə qorumaq olar?
Kiçik balalar
üçün qansoran həşəratlar daha təhlükəlidir. İmmunitetlərinin tam formalaşmamış
və hələ də zəif olduğuna görə, bala itlərin orqanizmi parazitlərdən ötürülən
infeksiyalara qarşı müqavimət göstərə bilmir.
Birə və
gənələrə qarşı vasitələrin istifadə prosesi bu vasitələrin məhdud olması ilə çətinləşir.
Bir çox preparatların əsas komponenti - bala
itlərə əks göstərişi olan permetrindir.
Birələr ilə mübarizə
Birələrə
qarşı vasitənin istifadəsindən öncə, balanın məhz onlardan narahat olduğundan əmin
olun. Bəzi hallarda onları qaşınma gənəsi və ya allergik reaksiya ilə səhv
salmaq olar. Əgər, tüklərində "böcəklərin" özləri və ya onların fəaliyyətinin
qalıqları görünürsə, deməli bu birədir.
Yoluxma
mənbəyini müəyyənləşdirin. Bir çox hallarda qonsoranlar bala itlərə analarından
keçir. Parazitlər digər heyvanlardan da keçə bilər, həmçinin siz onları evinizə
geyim, əşya və hətta bazardan alınan meyvələrlə evə gətirə bilərsiniz. Əgər, bir
ev heyvanında birə aşkar edilərsə, evdə olan bütün heyvanlara və səthlərə xüsusi
vasitələr tətbiq edilməlidir.
Vasitələrin
tətbiq edilməsini otağın nəm təmizlənməsi ilə başlayırlar. İnsektisidi döşəmələrə,
rəflərə, bala itin qəfəsinə püskürdmək olar. Lakin, bundan sonra, balanın təsadüfən
onun dadına baxmaması üçün vasitəni yaxşıca silin.
Yetkin heyvanlara aşağıdakı vasitələr tətbiq
olunur:
tabletlər;
boyun arxası bölgəyə damcılar;
spreylər;
şampunlar;
xaltalar.
Gənələr ilə mübarizə
Əksər
hallarda itlər qaşındırıcı və iksodid gənələrin hücumuna məruz qalır. Birincilər
heyvanın dərisi altında yaşayır və çoxalırlar, ikincilər isə, hündür ot və
kollarda, nəm və kölgəli yerlərdə yaşayırlar.
Qaşındırıcı parazitlər ilə mübarizə aparmaq üçün aşağıdakı
vasitələr istifadə olunur:
boyun arxası bölgəyə damcılar;
tabletlər;
şampunlar;
spreylər.
Əlavə olaraq, baytar həkim aşağıdakıları da, təyin
edə bilər:
qaşınmanın aradan qaldırılması üçün antihistamin
preparatlar;
toksinləri
çıxarmaq üçün sidikqovucu
preparatlar;
nadir
hallarda – patogen bakteriyalar ilə mübarizə aparmaq üçün antibiotiklər.
İksodid və ya meşə gənələri
fərqli şəkildə hərəkət edirlər. Onlar temperaturun
yüksəlməsi ilə aktivləşir və ovlarını, dəriyə nüfuz etmədən, üstdən dişləyirlər.
Onların təhlükəsi o qədər xoşagəlməz dişləmədə deyil, nə qədər ki, canlı
orqanizmlərə keçirə biləcəyi xəstəliklərdədir.
O cümlədən:
babesioz;
borrelioz;
ensefalit;
və s.
Bütün gənələr yoluxdurucu deyil, lakin profilaktik tədbirlər
haqqında heç vaxt unutmaq olmaz. Bala itləri gənələrdən aşağıdakılar qoruya bilər:
spreylər;
boyun arxası bölgəyə damcılar;
xaltalar.
Vacibdir! Uyğun olan vasitəni seçməzdən əvvəl baytar mütəxəssisi ilə məsləhətləşin.